Fransalı yazıçı evtanaziya üsulu ilə həyatdan məhrum edilib

Belçikada fransız yazıçısı, erotik romanların müəllifi Enn Bert evtanaziya proseduruna məruz qalıb.

“Report” “Le Monde” nəşrinə istinadən xəbər verir ki, 59 yaşlı yazıçı üzərində evtanaziya aparılmasına icazə üçün bir neçə ay vaxt sərf edib.

2015-ci ildən amiotrofik sklerozdən əziyyət çəkən Bert iynə vasitəsi ilə həyatdan məhrum edilib.

Belçikada 2002-ci ildən evtanaziyaya icazə var.