Kəşmirdə dörd intiharçı terrorçunun sərhəd qoşunlarının düşərgəsinə hücumu nəticəsində bir hərbçi həlak olub.
Trend-in məlumatına görə, hücumdan dərhal sonra terrorçulara qarşı əməliyyat başlayıb.
Səkkiz saat davam edən əməliyyat zamanı 3 terrorçu zərərsizləşdirilib.
Atışmalar zamanı 3 hərbçi yaralanıb.
Hadisə ilə əlaqədar Srinaqar şəhərinin hava limanı 5 saat müddətinə işini dayandırmalı olub.