Kəşmir əməliyyatı – Ölü və yaralılar var, aeroport işini dayandırdı

Kəşmirdə dörd intiharçı terrorçunun sərhəd qoşunlarının düşərgəsinə hücumu nəticəsində bir hərbçi həlak olub.

Trend-in məlumatına görə, hücumdan dərhal sonra terrorçulara qarşı əməliyyat başlayıb.

Səkkiz saat davam edən əməliyyat zamanı 3 terrorçu zərərsizləşdirilib.

Atışmalar zamanı 3 hərbçi yaralanıb.

Hadisə ilə əlaqədar Srinaqar şəhərinin hava limanı 5 saat müddətinə işini dayandırmalı olub.