Kanada alimləri yuxu ilə bağlı araşdırmalarında Tanzaniyanın Hadza tayfasından istifadə edib.
Buna səbəb Hadza tayfasının yaşadığı ətraf mühitin milyonlarla il bundan əvvəlki ətraf mühitlə eyni olmasıdır. Torontonun “Missisaqa” universitetindən David Semson deyib:
Bildirilir ki, alimlər Hadza xalqının təkcə gecə deyil, müxtəlif saatlarda yatdıqlarının şahidi olub.
“Biz çox maraqlı faktla üzləşdik. Əslində biz müəyyən etdik ki, yatmaq son dərəcə asinxrondur. Yəni çox nadir hallarda fərdlər hamısı eyni vaxtda yatır”.
Alimlər bunun səbəbini belə izah edir. İnkişaf etmiş cəmiyyətlərdə gənclər geç yatıb, gec oyanır, yaşlılar isə tez yatıb, tez oyanır.
“Ola bilər bu, sonradan qəbul olunmuş davranış tərzidir. Yaşlı insanlarda qısa yuxu və torağay təyat tərzi bəlkə də təkamül kontektində bəhrəli ola bilər. Belə görünür ki, yuxunun həcmi hamı üçün eyni deyil. Araşdırmaların nəticəsi insanlarda yuxu müddətinin müxtəlif olduğunu göstərir. Lazımi hesab edilən günorta yuxusu bəlkə gecələri kifayət qədər yatmayanların hesabına yazılır. Bu isə hər kəsin yuxudan sağ oyanacağı demək ola bilər”.