Las-Veqasda kütləvi qırğın törədən şəxsin otel otağından 23 ədəd silah tapılıb

 ABŞ polisi Las-Veqasda musiqi festivalı zamanı kütləvi qırğın törədən Stiven Peddokun qaldığı otel otağından 23 ədəd silah aşkar edib. Daha 19 ədəd silah isə onun Nyu-Meksiko ştatındakı evindən tapılıb.

“Report” xəbər verir ki, bu barədə polis nümayəndəsi məlumat verib.

O qeyd edib ki, istintaqın fərziyyəsinə görə, Peddok tək fəaliyyət göstərib.

Oktyabrın 2-də törədilən silahlı insident zamanı 59 nəfər ölüb, 527 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs polis gələnə qədər özünü öldürüb.