Qrip epidemiyasının yayılması gözlənilir – H3N2

H3N2 adlı qrip virusunun hazırda qış fəslini yaşayan Şimal yarımkürəsinə yayılması gözlənilir.

Astarainfo.az Metbuat.az-a istinadən xəbər verir ki, Amerika indidən qrip virusuna qarşı vətəndaşları peyvənd etməyə çağırıb.

Qeyd edək ki, Avstraliyada bu il qış sezonunda qrip 20-yə yaxın insanın ölümünə səbəb olub. Ölənlər arasında yaşlılarla yanaşı 8 yaşlı uşağın olması narahatlığı daha da artırıb.