Rusiyadan bəyanat: Qapılar qırıldı, bina ələ keçirildi

Rusiyanın San-Fransiskodakı əsas konsulluq binası ABŞ-ın səlahiyyətli şəxsləri tərəfindən tamamən ələ keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bütün xəbərdarlıqlara baxmayaraq, ABŞ tərəfi hüquqi müstəvidən kənara çıxaraq San-Fransiskodakı bütün konsulluq binalarını ələ keçirib. Bu gün qapılar qırıldı, içəridə axtarış aparıldı”, – nazirliyin məlumatında deyilib.

Qeyd edək ki, uzun müddətdir Rusiya və ABŞ diplomatiyası arasında böhran yaşanır.