Arsen Venqer Kataloniyanın müstəqillik qazanacağı təqdirdə “Barcelona”nın Premyer Liqada oynamaq ehtimalına münasibət bildirib. Fransalı mütəxəsis bunları deyib:
“Barcelona” Premyer Liqada çıxış etməyə başlasaydı, katalon dilini öyrənmək istərdim. Amma onların çempionata gəlməsi hər kəsin vəziyyətini çətinləşdirər. Amma məsələnin bu yerə çatacağını düşünmürəm. Problemlər idman baxımdan təsirini göstərər.
Digər tərəfdən, onların Premyer Liqada çıxışını izləmək maraqlı olardı. Liqada kifayət qədər klub var. Hazırda onların sayı 20-dir. İştirakçıların sayını 24-ə çatdırmaq istəyiriksə, əvvəlcə şotland klublarını, sonra ispanları dəvət etməliyik”.