“Xoşbəxtlik meyvəsi” olaraq bilinən goji meyvəsinin sağlamlıq baxımından faydalı olduğu məlumdur. Yaş olaraq çox satılmayan goji meyvəsinin mütəxəssislər tərəfindən quru bir şəkildə istifadəsi tövsiyə edilir. Day.Az ailem.az-a istinadən şəfa qaynağı olaraq bilinən goji meyvəsinin sağlamlığımıza olan faydaları barədə məlumat verir.
Goji meyvəsinin sağlamlığa faydaları
– Bu bitkini evinizdə dibçəkdə də yetişdirə bilərsiniz.
– Ömrünüzə ömür qatar. Goji “uzun ömür meyvəsi” olaraq da bilinir. Tərkibindəki əsas molekul olan polisakkaritler və güclü antioksidantlar sayəsində sərbəst radikalların yaradacağı zərərlərinə və erkən yaşlanmaya qarşı orqanizmi qoruyur.
– İmmuniteti gücləndirir
– Çində aparılan bir araşdırmaya görə, goji meyvəsinin bəzi xərçəng və AIDS xəstəliyinin müalicəsində immunitetin gücləndirilməsi üçün istifadə olunub.
– Gündə bir ovuc yeyilən goji meyvəsinin sürətli şəkildə arıqlatdığı ortaya çıxıb.
– Xoşbəxtlik verir. Sistemli miqdarda yeyilən goji meyvəsi xoşbəxt və şən bir ruh halının yaranmasına kömək edir.
– Xərçəng xəstələrinə dərmandır. Çində aparılan araşdırmaya görə, goji meyvəsinin xərçəng dərmanı istifadə edən xəstələrdə müsbət cavablar, sadəcə dərman istifadə edən xəstələrə nisbətən 250 faiz səviyyəsində artıb.
– Cinsi gücün qaynağı bu meyvədədir. Tibetlilər ona cinsi gücü artırması səbəbi ilə “xoşbəxtlik meyvəsi” deyir.