Alvaro Moratanın zədəsi ciddidir

“Chelsea”nin futbolçusu Alvaro Morata bir müddət meydana çıxa bilməyəcək.  Morata İngiltərə Premyer Liqasının 7-ci  turunda “Manchester City” ilə görüşün 35-ci dəqiqəsində xəsarət alaraq əvəzlənmişdi.  25 yaşlı hücumçunun zədəsinin ciddi olduğu müəyyənləşib. Tibbi müayinə zamanı forvardın 6 həftə forma geyinə bilməyəcəyi dəqiqləşib. Bu isə o deməkdir ki, ispaniyalı oyunçu İngiltərə Premyer Liqasında “Kristal Pelas”, “Wotford”, “Everton”, “Boournemouth” və “Manchester United”lə, ÇL-də isə İtaliya “Roma”sı ilə görüşləri buraxacaq. Onun “Qarabağ”a qarşı oynayıb-oynamayacağı isə hələ bilinmir.

Noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Chelsea” matçı saat 21:00-da başlayacaq.