Azərbaycanda “ASAN İmza” üzrə vahid tarif tətbiq edilib

Bu ilin sentyabr ayından dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün “Asan İmza” elektron rəqəmsal imzanın yeni tarifinin tətbiqinə başlanıb. 

Bu baradə “Report”a Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, dövlət müəssisələrinin büdcədən maliyyələşdirilməsi proseduru və alışların əvvəlcədən planlaşdırılması nəzərə alınaraq dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün “Asan İmza” elektron rəqəmsal imzanın əldə edilməsi və istismarı prosesini asanlaşdırmaq məqsədi ilə yeni tarif müəyyən olunub. Tarif “Asan İmza” dövlət və ya bələdiyyə sertifikatının istifadəsi müddətində (3 il ərzində) başqa əlavə xərclər (aylıq abunə haqqı, aparılmış hər əməliyyata görə ödəniş) olmadan 58 manat məbləğində birdəfəlik ödənişi nəzərdə tutur.

Xatırladaq ki, indiyə qədər tariflər mobil rabitə operatorlarından və vergi ödəyicisinin növündən asılı olaraq dəyişib