Azərbaycanda pul bazası 8 671,2 milyon manat təşkil edib

Azərbaycanda pul bazası oktyabrın 1-nə 8 671,2 milyon manat təşkil edib.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bu rəqəm sentyabrın 1-i ilə müqayisədə 202,8 milyon manat çoxdur. İlin əvvəlinə nisbətən pul bazası 810,7 milyon manat artıb.