Bakıda daha bir beynəlxalq yarış keçiriləcək

Oktyabrın 11-dən 14-dək Su İdmanı Sarayında çimərlik voleybolu üzrə beynəlxalq turnir keçiriləcək.

Mükafat fondu 4000 avro olacaq yarışda kişilər arasında Azərbaycan, Avstriya, Çexiya, Danimarka, Finlandiya, Fransa, Yunanıstan, İtaliya, Latviya, Hollandiya, Rusiya, Sloveniya, İsveç, Türkiyə və Ukrayna, qadınların mübarizəsində isə Azərbaycan, Avstriya, Belçika, Belarus, Cənubi Kipr, Çexiya, Danimarka, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Hollandiya, Rusiya, Şotlandiya, Sloveniya və İsveç təmsilçiləri mübarizə aparacaq. Ölkəmizi bu turnirdə Ruslan Əliyev – Vüsal Qurbanov, Vadim Kutukov – Pərviz Səmədov, Fidan Ağaməmmədova – Dünya Vəliyeva, İlhamə Əliyeva – İrina Abbaszadə və Nazilə Səlimova – Viktoriya Ağakişiyevadan ibarət cütlüklər təmsil edəcək.