2017-ci il sentyabrın 1-nə bank sektorunun xalis mənfəəti 350,3 mln. manat təşkil edib.
“APA-Economics” Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı hesabata istinadən xəbər verir ki, avqustda bankların faiz gəlirləri 1 mlrd. 292,9 mln. manat, faiz xərcləri isə 634,2 mln. manat olub.
Qeyd edək ki, banklar avqustda kreditlər üzrə faizlərdən 946,9 mln. manat əldə edib.
Hesabat dövrü ərzində banklar tərəfindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 196,8 mln. manat vəsait ayrılıb.