Eks-prezidentlə xanımı gümüş toylarını qeyd ediblər

ABŞ-ın eks-prezidenti Barak Obama ilə xanımı Mişel Obama gümüş toylarını qeyd ediblər.

Astarainfo.az Axşam.az -a istinadən xəbər verir ki, Obamalar ailə qurmalarının 25-ci ildönümünü keçiriblər. Keçmiş birinci xanım sosial şəbəkədə əri ilə toy fotolarını paylaşaraq yazıb:

“Toyumuzdan bir əsrin dörddə biri qədər vaxt keçib. Amma sən hələ də mənim ən yaxşı dostum, ən qeyri-adi adamsan. Səni sevirəm”.

Qeyd edək ki, Barak və Mişel Obamanın Saşa, Maliya adlı 2 qızı var.