İspaniyalı fəhlə təkbaşına 20 ilə qəsr tikib

Serafim Villaran 20 ilə ərsəyə gətirdiyi qəsri çay daşlarından tikib. Tikinti işlərinə 42 yaşında başlayan Serafimin bu sahədə elə bir təcrübəsi olmayıb. Onun istinad mənbəyi yalnız kitablar olub.

“Castillo de las Cuevas” adlandırılan qəsr 5 mərtəbəli olmaqla, xarici turistləri də cəlb edir. Serafim ömrünün 20 ilini bu qəsrin tikintisinə sərf etsə də, binanın daxilindəki işlərini tam yekunlaşdırmağa həyat aman verməyib. İndi onun övladları bu işləri tamamlamağa çalışır. Onlar qəsrə tamaşaya gələn insanlara mehribanlıqla qarşılasa da, oranı turistik məkana çevirməyi düşünmürlər./itv.az/