Günəşin səthində ürək formalı fiqur görünüb.
“Ölkə.Az” xəbər verir ki, maqnit sahəsindən ibarət fiqurun mərkəzi Yerə tərəf yönəlib.
Fiqur 3 oktyabr tarixində, gecə saatlarında peyda olub. Bir neçə saatdan sonra isə yoxa çıxıb. Alimlər bunu qara ürək adlandırıblar.
Alimlər bildiriblər ki, fiqurun xarici konturu maqnit dalğaları ilə əhatə olunub. Mərkəzində isə parlaq qaynar aktiv bölgə olub. Ehtimal edilir ki, fiqurun ölçüsü 1 milyon kilometr olub.