Bir-birinin yanında iki obyektin sahibi olan (internet klub və telefon aksesuarı) vergiödəyicisi həmin obyektləri bir kassa ilə işlədə bilərmi?
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, nağd əməliyyatların nəzarət kassa aparatları vasitəsilə rəsmiləşdirilməsi üçün hər bir təsərrüfat subyektində (obyektində) ayrıca nəzarət kassa aparatı qoyulmalıdır.
Qeyd olunub ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi bəzi fəaliyyət növlərini istisna etməklə, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını mütləq şəkildə nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilməsini təsbit edir.