Parisdə İordaniya səfirliyinin qarşısında motosiklet partladılıb.
Hadisə səfirliyin hərbi attaşeliyinin binası qarşısında baş verib. Hazırda polis partlayışın səbəbini araşdırır. Partlayış nəticəsində yaxınlıqdakı avtomobillərə zərər dəysə də, xəsarət alanların olmadığı bildirilib./itv.az/