İran yeni təyyarələr alıb

İran ATR firmasından daha 2 sərnişin təyyarəsini alaraq Tehrana gətirib.

Qərb dövlətləri ilə nüvə proqramı haqqında əldə etdiyi razılaşmaya əsasən iqtisadi sanksiyaların aradan qaldırılması İrana aviasiya parkını yeniləmək imkanı verib.

İran “Airbus”, ART və “Boeing” firmaları ilə 2015-ci ildə 200 sərnişin təyyarəsinin alınması haqqında müqavilə imzalayıb. “Boeing” firması istisna olmaqla “Airbus” və ART firmaları müqaviləyə əməl edərək təyyarələrini İrana satırlar.

Lakin ABŞ-ın “Boeing” firması hələlik razılaşmaya əməl etmir. Yerli mətbuat bunu ABŞ-da Donald Trampın hakimiyyətə gəlişi və onun İrana qarşı kəskin mövqe tutması ilə əlaqələndirir.