İraqın şimalındakı kürd muxtariyyatı müstəqillik elan edərsə, Türkiyə, İran və İraq bölgədə birgə hərbi əməliyyat keçirəcək.
“Report” “Haber7″yə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğnla iranlı həmkarı Həsən Ruhani arasında Tehranda keçirilən görüşdə bununla bağlı razılıq əldə olunub.
Məlumata görə, dövlət başçıları İraqla Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.
R.T.Ərdoğan və H.Ruhani Türkiyə və İran arasında ticarət həcminin artırılmasını da razılaşdırıblar.