Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonunun Girdəni kəndində yağan yağışlar nəticəsində köməksiz vəziyyətdə qalmış 4 nəfər fərdi yaşayış evindən və 3 nəfər fermanın ərazisindən təxliyə olunub.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, təxliyə işləri Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən aparılıb.