Oktyabrın 9-da “France Football” jurnalı “Qızıl top-2017” mükafatına namizədlərin siyahısını dərc edəcək.
Siyahıya 30 futbolçunun adı salınacaq. Onların sırasından futbol dünyasının ən nüfuzlu fərdi mükafatının sahibi seçiləcək.
1956-2009-cu illərdə “France Football” jurnalı dünyanın hər yerindən jurnalistlərin səsverməsinin nəticələrinə görə “Qızıl top”u ən yaxşı futbolçuya təqdim edib. 2010-2015-ci illərdə mükafat FIFA ilə birgə təqdim olunub. Lakin keçən ildən etibarən “France Football” jurnalı bu mükafatı tək təqdim etmək hüququnu bərpa edib.
“Qızıl top”un hazırkı sahibi “Real” və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldudur./itv.az/