Qubada zəlzələ baş verib

Oktyabrın 4-də yerli vaxtla saat 06:36-da Quba rayonu ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Qubadan 10 kilometr şimal-qərbdə qeydə alınan zəlzələ episentrdə və yaxın yaşayiş məntəqələrində 3.5 bala qədər hiss olunub.