Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb

2017-ci il ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb.

İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata yazıçı Kasuqo İsoquro layiq görülüb.

1901-ci ildən təqdim olunan Nobel ədəbiyyat mükafatına ötən il amerikalı Bob Dilan layiq görülüb.

Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır./apa/