Astarainfo.az xəbər verir ki, Astaraçayın məcrasından çıxması səbəbindən Astaranın Qapıçıməhəllə,Məscidməhəllə,Rüdəkənar kəndlərini və yaşayış evlərini su basıb.
Hadisə yerinə Fövqəladə Hallar Nzirliyinin əməkdaşları cəlb olunub. 100 -ə yaxın evi su basıb 50 ailə təxliyə edilib.
Hdisə yerinə rayon icra hakimiyyəti başçısı Qəzənfər Ağayev və aparat işçiləri də gəlib.Əraziyə ağır texnikalar və canlı qüvvə cəlb edilib.
Rayon İcra Hakimiyyətinin müavini İlqar Malıyevdən aldığımız məlumata görə, qısa müddət ərzində yağış suları texnikaların köməkliyi ilə ərazidən uzaqlaşdırılacaq.
Hazırda yağıntının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.
Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti dayanıb.
Astarainfo.az