“Ölkə.Az” xəbər verir ki, 7 metrlik piton ilanı yolu bağlayıbmış. Kənd sakini isə ilanla mübarizəyə qalxıb və qalib gəlib.
Hadisə Riau əyalətində baş verib. 37 yaşlı Robert Nababan 7 metrlik ilanla boğuşub. Yolu bağlayan və piyadaların hərəkətinə mane olan ilan Robert tərəfindən öldürülüb. Amma ilan cəsur adamın qolunu dişləyib.
Robert ilanı yolun ortasından kənara çəkmək istəyəndə qolundan zərbə alıb. İlan onun qolunu dişləyib. Bundan əsəbləşən Robert ilanı öldürüb.