“Süni qidalanma və süni əmziklərdən uzaqlaşın. Uşaqlarınıza ana südü verin”.
Bunu pediatr Rauf Bəylərov ana südü ilə qidalandırma həftəsinə həsr olunmuş tədbirdə deyib:
“Ana südü həm uşaq üçün, həm ananın özünün sağlamlığı baxımından çox önəmlidir. Hər bir qadın öz uşağını 2 yaşa qədər əmizdirə bilər. Bu zaman ilk olaraq ananın özü sağlamlığı naminə bunu etmiş olur. Artıq onkoloqlar da təsdiq ediblər ki, körpəsini 2-3 yaşa qədər əmizdirən qadınlarda klimakterik dövrdən əvvəl yumurtalığın və süd vəzinin xərçəng xəstəliyi riski azalmış olur. Digər tərəfdən, uşaqlarda da 4 yaşa qədər kəskin respirator infeksiyalara, diareyaya yoluxma 4 dəfə azalır”.
Pediatr süni qidalardan da danışıb:
“Süni qidalanma ölü qidalanmasıdır. Süni qidaların tərkibini araşdırsaq, görərik ki, bunların uşaqlara verilməsi heç də düzgün deyil. Süni əmziklər də uşaqlara çox zərərlidir. Bu zaman analar çox diqqətli olmalıdırlar.”/Metbuat.az /