“Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin (AyAK) təşkilatçılığı ilə bir qrup yazıçı oktyabrın 6-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə və Füzuli rayonunun Horadiz qəsəbəsinə səfər edib.
İctimai Birliyin rəhbəri yazıçı-publisist Elçin Hüseynbəyli AZƏRTAC-a bildirib ki, birliyin “Canımız Qarabağ, yazımız Qarabağ -2” adlı layihəsi çərçivəsində hər iki məkanda silsilə tədbirlər, görüşlər keçiriləcək.
Xalq Yazıçısı Anar başda olmaqla bir qrup söz adamı sakinlərlə görüşəcək, oxuculara və kitabxanalara öz kitablarını hədiyyə edəcəklər.
Layihə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının qrantı əsasında həyata keçirilir.