Goranboyda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Astarainfo.az APA -ya istinadən verdiyi məlumata görə,  hadisə rayonun Kələk kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2101” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Əmrahova Başxanım, onun bacısı 1992-ci il təvəllüdlü Əmrahova Gülnar və Gülnarın bir yaşlı övladı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Böyüklərin vəziyyəti normal, uşağın vəziyyəti isə orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.