Gözdən əlil uşaqları oftalmoloji müayinələrdən keçiriblər

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim heyyəti Nərimanov rayonunda yerləşən 5 saylı sağlamlıq imkanları məhdud uşaqların internat məktəbində olub.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində internatda təhsil alan gözdən əlil uşaqlar oftalmoloji müayinədən keçiriliblər. Təcrübəli oftalmoloqlar uşaqları müayinə edərək şikayətlərini dinləyib, aşkar edilən müxtəlif patologiyalarla əlaqədar tövsiyələrini veriblər.