Yaponiyanın “NHK” rəsmi yayım qurumunda işləyən Miva Sado həddindən artıq işlədiyinə görə dünyasını dəyişib.
31 yaşlı jurnalist 1 ayda 159 saat işlədikdən sonra infarkt keçirib.
Qadın işdən 1 ay ərzində sadəcə 2 dəfə icazə alaraq dincələ bilib.
Bu hadisədən sonra hökumət ölkədəki iş şərtlərini yenidən gözdən keçirməyə qərar verib. Baş nazir Şinzo Abe uzunmüddətli iş cədvəllərinin məhsuldarlığı artırsa da, işləyənlərin fiziki və psixoloji sağlamlığına ciddi zərbə vurduğunu deyib. O, əmək qanunlarına yenidən baxılması üçün göstərişlər verib.
31 yaşlı qadının vəfatı dünya gündəmində müzakirələrə səbəb olub.