5 oktyabr tarixi bütün dünyada Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilir. Müəllimlik şərəfli və dəyərli peşə adlandırılsa da, çox zaman öz layiqli maddi və mənəvi qiymətini almır. Lakin bu məqama bütün ölkələrdə eyni formada rast gəlinmir.

  “OECD” təşkilatı dünyada müəllimlərə ən çox maaş verən ölkələrin siyahısını tərtib edib.

Siyahıya 76,6 -144,3 min manat arası illik əməkhaqqı ilə Lüksemburq başçılıq edir.

İlk üçlüyü isə 100.6 və 94,8 min manat orta illik əməkhaqqı ilə müvafiq olaraq İsveçrə və Almaniya tamamlayır.

Siyahının 4-cü pilləsində Hollandiya 88,4 min manat əməkhaqqı ilə qərarlaşıb. 5, 6, 7-ci yerlərdə isə Kanada (52,4 – 83.7 min manat), İrlandiya (48,7-81,1 min manat), Danimarka (78,15 min manat) yer alıb.

Siyahını 47-86,29 min manat əməkhaqqı ilə Belçika, 50-84 min manatla Avstraliya, 72,1 manatla Cənubi Koreya tamamlayır.

Dünyanın ən güclü təhsil sisteminə malik ölkələrindən biri olan Şotlandiyada müəllimin aldığı orta illik əməkhaqqı 70,8 min manatdır. Şotlandiya bu məbləğlə siyahıda 11-ci yeri tutub.

Dünya lideri ABŞ isə siyahıda 12-ci yerdədir. Burada müəllimin aldığı orta illik əmək haqqı 69 min manat təşkil edir.

Publika.az

Zümrüd