Qubada intihar olub.
Astarainfo.az APA-ya istinadən məlumat verir ki, rayonun Digah kəndinin sakini, 1940-cı il təvəllüdlü Nazir İdris oğlu Əsədov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.