Rusiyada avtobus qatarla toqquşub- ölənlərin sayı 17-yə çatıb

Rusiyanın Vladimir vilayətində avtobusun qatarla toqquşması nəticəsində ölənlərin sayı 17-yə çatıb. 

Qəza Vladimir vilayətinin Petuşinski rayonundakı Pokrov dəmiryolu stansiyasının ərazisində baş verib. Məlumata görə, yol hərəkət qaydalarını kobud şəkildə pozan avtobus dəmir yolu keçidini keçərkən Sankt Peterburq-Nijni Novqorod marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə toqquşub. Hadisə nəticəsində həlak olanlardan 15-i Özbəkistan vətəndaşlarıdır. Qəza zamanı avtobusda 56 nəfərin olduğu bildirilir.

07:39

Rusiyanın Vladimir vilayətində avtobusun qatarla toqquşması nəticəsində azı 10 nəfər ölüb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadən xəbər verir ki, hadisə avtobus dəmir yolu keçidini keçərkən baş verib. Ölənlərin sayının artacağı istisna olunmur.

Hadisənin detalları araşdırılır.