Xəstəxanada olan Könül Xasıyeva həmkarlarından gileyləndi

Xəbər verdiyimiz kimi, xalq artisti Könül Xasıyeva uzun müddətdir onurğa xərçəngindən əziyyət çəkir.

Axşam.az muğam ifaçısı ilə əlaqə saxlayıb, səhhəti ilə maraqlanıb. Danışmaqda çətinlik çəkən Xasıyeva hazırda xəstəxanaya yerləşdirildiyini deyib:

“Burada müalicə alıram. Çox danışmayım. Həkimlər deyir ki, hər şey yaxşı olacaq. Ümid edirəm ki, gələcəkdə səhhətim yaxşılaşar. Amma indi heç bir dəyişiklik yoxdur”.

K.Xasıyeva hazırda yanında ailəsinin olduğunu deyib:

“Övladım yanımdadır. Allah heç kimi övladından ayrı salmasın. Çox şükür Allaha ki, əli əlimdədir. Bacım, anam, qardaşım, əzizlərim yanımdadır”.

“Bəs sənət dostlarınız sizə baş çəkir” sualına xanəndə “Yox, heç kim” cavabını verib.

Qeyd edək ki, K.Xasıyeva oğlu Kazımın ağır xəstə olduğunu və 6 il onun müalicəsi üçün çalışdığını bildirib:

“Ömrümün 6 ilini övladıma həsr elədim, heç kimə bildirmədim. Özüm o yükün altına tək girdim. Oğlum Kazımın indi 9 yaşı var. 3 yaşından narahtdır. Son 2 ildə vəziyyəti daha da pisləşib. Hər şeydən geri çəkildim. Evimi, maşınımı oğlumun yolunda qurban elədim. Amma əvəzində balamı, çox şükür, ikinci dəfə qazandım”.

Muğam ifaçısı bu hadisədən sonra öz səhhətində də problem yarandığını söyləyib./axsam.az/