Daha bir telekanal rəhbəri işdən çıxarıldı

Gəncədə yerləşən “ARB Kəpəz” telekanalının baş direktoru işdən çıxarılıb.

Astarainfo.az APA-ya istinadən xəbər verir ki, 2008-ci ildən şirkətin baş direktoru vəzifəsində çalışan Fuad Cabbarov  vəzifəsindən azad edilib. Onun səlahiyyətlər direktorun müavini Nofəl Dərgahova həvalə olunub.