Azərbaycan GUAM idman oyunlarının keçirilməsini təklif edib

Azərbaycan GUAM ölkələrinin idman oyunlarının təsis edilməsi təklifi ilə çıxış edib.

APA-nın Gürcüstan bürosunun xəbərinə əsasən, bunu bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə GUAM-ın 20 illiyinə həsr olunmuş görüşdən sonra mətbuat konfransında açıqlayıb.

E. Məmmədyarov deyib ki, Azərbaycan nümayəndə heyəti görüş zamanı GUAM ölkələrinin gəncləri arasında müxtəlif idman növləri üzrə idman oyunlarının keçirilməsi təklifini irəli sürüb: “GUAM-ın baş katibliyi bu oyunların təsis olunması ilə bağlı araşdırma aparacaq.