Rusiya Elmlər Akademiyasının Lebedev adına Fizika İnstitutunun alimləri oktyabrda güclü maqnit qasırğası haqqında xəbərdarlıq edir.
Belə ki, onların araşdırmalarına görə, 24 oktyabrda orta maqnit qasırğası, 27 oktyabrda isə güclü maqnit qasırqası gözlənilir.
Astarainfo.az“A24.az”-ə istinadən bildirir ki, ürək-damar, sinir sistemi xəstəlikləri olan, meteohəssas insanlar bu günlərdə özünü mümkün qədər qorumalı, öz sağlamlığına qarşı daha diqqətli olmalı, daha çox yatmalı və dincəlməli, yüngül yeməklər yeməli, kifayət qədər su içməli, stresdən uzaq olmalıdır.
Bu günlərdə evdən mümkün qədər az çıxın.