Tarixdə iz qoymuş cəsarətli qadınlar və onların acınacaqlı hekayələri
Patriarxatlığın mövcud olduğu bir dünyada təbii ki, dövlətlərə istiqamət verən, bir sözlə imperiyaları titrədən və etdikləri kəşflərlə dünyanı gözəlləşdirib ilklərə imza atan qadınlar da mövcuddur. Əlbəttə ki, bu siyahıya yüzlərlə qadın daxil oluna bilərdi, amma hazırda təqdim etdiklərimiz, həqiqətən də, seçilmişlərdir.
Astarainfo.az Publika.az-a istinadən dünyanın sözükeçən və cəsarətli qadınlarının məşhur sitatlarını təqdim edir.
1. “Ölüm pis bir şeydir: tanrılardan bəllidir bu. Ölüm yaxşı bir şey olsaydı, öncə tanrılar ölməzdimi?” – Sapfo (e.ə 630-570)
Sapfo tarixin ilk qadın ədəbiyyatçısıdır. Qadınların azadlıq əldə etməsi üçün çox çalışmış və adı hələ də homoseksualizmdə hallanan, antik dövrün yunan qadın şairidir. Yazdığı cəsur lirik şeirlər nəsillər boyunca yaşayıb və günümüzə qədər gəlib çıxıb.
2. “Özümə qarşı zəfər qazandırmayacam!” – Kleopatra (e.ə 69-30)
18 yaşında Misir kraliçası olan, 9 dil bilən Kleopatra dövrünün ən güclü iki insanı Sezar və Antonio ilə münasibətləri sayəsində ölkəsinin varlığını qoruya bilib. Bəzi qaynaqlarda deyilənlərin əksinə çox qısa boylu və çirkin bir qadın kimi təsvir edilsə də, o, hələ də tarixin ən güclü qadınları arasında yer alır.
3. “Yenə də insanların qəlblərinin həqiqətən gözəl olduğuna inanıram…” – Anna Frank (1929-1945)
Almaniyadakı yəhudi soyqırımının simvolik şəxsiyyətlərindən olub. 13 yaşında ikən Amsterdamda atasının ofisindəki gizli otaqlarda gizləndiyi zaman gördüklərini yazdığı gündəliyi ilə nasist zülmünü bütün dünyaya çatdırıb.
4. “Ağıllı olub axmaq görünmək qədər yaxşı bir şey yoxdur” – Aqata Kristi (1890-1976)
Aqata Kristi dünyada İncil və Şekspirdən sonra ən çox oxunan kitabların yazarı statusunu hələ də qoruyub saxlayır. Populyar ədəbiyyatın ən önəmli adlarından biri olan Kristi, Meri Vestmakot ləqəbi ilə eşq romanları da yazıb. Ancaq əsl şöhrətini yazdığı 80 detektiv romanına və “West End” teatrlarında uğurla səhnələşdirilən əsərlərə borcludur. Kitablarında tez-tez bəhs etdiyi zəhərləri və öldürülmə metodlarını bu qədər yaxşı bilməsinə səbəb isə müharibə zamanı tibb bacısı kimi işləməsi olub.
5. “İnsanları qınasan, onları sevməyə zamanın qalmaz” – Rahibə Tereza (1910-1997)
1979-cu ildə Nobel Sülh Mükafatı laureatı Rahibə Tereza həyatını gücsüz və qayğıya möhtaclara həsr edib. O, Hindistanın ən böyük şəhərlərindən olan Kəlküttədə təkbaşına 1000 adamı xilas edən biri olaraq adını tarixə yazdırıb.
6. “Doğru şeyi edərkən qorxu hissi keçirməməlisən!” – Roza Parks (1913-2005)