ABŞ prezidenti Donald Tramp İranın Şimali Koreyanı maliyyələşdirdiyindən əmindir.
Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Tramp “TBN” teleşirkətinə verdiyi müsahibədə bildirib.
O, bildirib: “Mən əminəm ki, onlar Şimali Koreyanı maliyyələşdirir, mən əminəm ki, onlar Şimali Koreya ilə ticarət edirlər, mən əminəm ki, onlar Şimali Koreya ilə iş aparırlar və bu, tamamilə yolverilməzdir”.