“Növbəti ildən əmək pensiyalarındakı artımlar hər zamankından daha çox ola bilər”.

Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Nazir qeyd edib ki, nazirlik pensiyaların məbləğinin indeksləşdirilməsi ilə bağlı layihəni ilin sonunadək Prezident Administrasiyasına təqdim etməyə hazırlaşır.

Astarainfo.az Metbuat.az-a istinadən məlumat verir ki, İqtisadçı Natiq Cəfərli  açıqlamasında bildirib ki, həm təqaüd, həm də maaşlarda təqribən 13-14%-lik artım olacaq:

Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, minimum əmək haqqları rəsmi inflyasiya həddi qədər artırılır. Pensiya və maaşların hesablanması buna uyğun aparılır. İndi rəsmi inflyasiya 14%-dir. Bu rəqəm ilin sonuna qədər həmin səviyyədə qalsa, indeksləşmə yanvarın 1-dən bu qədər olacaq (13-14%) . Dekabrın sonuna yaxın, yaxud yanvarın ilk günlərindən indeksləşmə həyata keçiriləcək. Minimum təqaüd alanlarda 15-20 AZN artım ola bilər”.