Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı artıb.
“APA-Economics”in Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, ötən ilin 8 ayı ilə müqayisədə bu ilin eyni dövründə qardaş ölkəyə gedən vətəndaşlarımızın sayında 28% artım olub.
Hesabat dövründə Qərbi Avropa ölkələrindən Türkiyəyə səfər edənlərin sayında azalma baş versə də ümumilikdə MDBölkələrindən səfər edən turistlərin sayı artıb.
Türkiyəyə gələn turistlərin sayında artıma görə siyahıya Rusiya liderlik edir. Belə ki, bu ilin 8 ayı ərzində Rusiyadan Türkiyəyə səfər edən turistlərin sayı 9,9 dəfə artıb. Daha sonra siyahıda 2,25 dəfə artımla Belarus, 74%-lə Qazaxıstan, 47%-lə Tacikistan, 28%-lə Azərbaycan və 23%-lə Ukrayna gəlir.