Berluskoni Putinə ad günündə yorğan üzü bağışlayıb

İtaliyanın sabir baş naziri Silvio Berluskoni Rusiya prezidenti Vladimir Putinin Soçidə ad günü mərasimində olub. Trend-in məlumatına görə, bu barədə “La Stampa” qəzeti xəbər yayıb.

Qəzetə istinadən, eks baş nazir Putinə xüsusi sifarişlə hazırlanmış, hər ikisinin rəsmi əks olunmuş yorğan üzü hədiyyə edib.

Rəsmdə hər iki siyasətçi əl sıxarkən təsvir olunub.