ABŞ prezidenti Donald Trampın hərəkətləri III Dünya müharibəsinin başlamasına gətirib çıxara bilər.
Publika.az xəbər verir ki, bunu respublikaçı senator, Senatın beynəlxalq məsələlər üzrə komitəsinin sədri Bob Korker “Nyu York Tayms” nəşrinə bildirib.
Onun sözlərinə görə, Tramp öz administrasiyasınin işinə “Stajer” şəxsi şousuna oxşar realit-şou kimi baxır.
Korker həmçinin Trampı Tvitter hesabında yazdığı statuslarına görə tənqid edib. Senatorun fikrincə, bu statuslar ABŞ-ın diplomatik səylərinə ziyan vurur.