Fəsil dəyişikliyi və temperaturun aşağı düşməsi nəticəsində orqanizmdə müəyyən proseslər gedir.
Vitamin çatışmazlığı bədənimizdə bir sıra fəsadlara yol aça bilər.
C vitamini
C vitamini yaşıl bibər, çiyələk, cəfəri kimi qidalarda olur. Bu vitamin çatışmazlığı orqanizmdə kollajen quruluşun pozuntularına yol açır.
D vitamini
D vitamini çatışmazlığı yaşlılarda sümük əriməsi, uşaqlarda isə böyümə pozuntularına səbəb olur. Bu vitamini insan orqanizminə daha çox Günəş işığı ötürür.
A vitamini
A vitamini çatışmazlığı insanda göz quruluğu və korluq yaradır. Diş və sümük quruluşunun qorunmasında faydalı olan A vitamini yerkökü kimi sarı və narıncı rəngli tərəvəzlərdə daha çox olur.
B6 vitamini
B6 vitamini çatışmazlığı anemiyaya gətirib çıxarır. Bu vitamin depressiv vəziyyətdə olan insana müsbət təsir göstərir. Banan, sarımsaq, balıq, kartof, kök, yumurta, düyü B6 vitamini ilə zəngindir.
E vitamini
Antioksidant xüsusiyyəti sayəsində xərçəng daxil olmaqla, bir çox xəstəliyə qarşı qoruyucu vəzifəsini yerinə yetirən E vitamini bitki yağları, badam, qoz kimi qidalarda bol miqdarda var.Mətbuat.az