DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi səfərdə Almaniya yığması ilə qarşılaşıb.
Oyunda hesabı 9-cu dəqiqədə meydan sahibləri açıb, fərqlənən Leon Qoretska olub. Ramil Şeydayev 34-cü dəqiqədə hesabı bərabərləşdirib. İlk hissə 1:1 hesablı bərabərliklə yekunlaşıb.
İkinci hissə Almaniya yığmasının üstünlüyü ilə başladı. Bunun nəticəsi olaraq, 54-cü dəqiqədə Sandro Vaqner, 64-cü dəqiqədə Antonio Rudiger fərqləndilər, 66-cı dəqiqədə isə Leon Qoretska dubla imza atdı – 4:1.
15 dəqiqə sonra hesab dəyişdi – 5:1. Fərqlənən Almaniya yığmasının türk əsilli futbolçusu Emre Can oldu.
Oyun 5:1 hesabı ilə Almaniya yığmasının xeyrinə başa çatıb.Trend