Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Bakı şəhər sakini Fikrət Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib.
Dövlət ittihamçısı F.Cəfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses oktyabrın 23-də davam etdiriləcək.
Qeyd edək ki, F.Cəfərov vəzifə səlahiyyətlərindən istfadə edərək, marketə məxsus 83 min manatı mənimsəməkdə təqsirləndirilir. O, Bakıda fəaliyyət göstərən “Ballı” ticarət şəbəkəsinin baş mühasibi vəzifəsində çalışıb.