Qasırğaya görə Novorossiysk limanından neft tədarükü dayandırılıb

 Hava şəraitinin kəskin pisləşməsi səbəbindən Rusiyanın Novorossiysk limanında (Qara dəniz) neft daşınması yenidən dayandırılıb.

“Report”un “Interfax” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Transneft” şirkətinin prezidentinin müşaviri, mətbuat katibi İqor Demin bildirib.

“Novorossiyskdə havanın yaxşılaşmasından sonra bazar günü yenidən qasırğa xəbərdarlığı olunub. Altı saat müddətində güclü külək səbəbindən bütün işlər dayandırılıb. Hazırda iki tanker mövqeyində bağlama aparılır. Qrafikdən geridə 6 tanker qalıb”, – şirkət rəsmisi əlavə edib.