Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi Bakıda avtomobil qəzasına düşüb

Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi Bakıda qəza törədib.

Astarainfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə “Azneft” dairəsi yaxınlığında qeydə alınıb.

Qazaxıstanın Azərbaycandakı səfirliyinə məxsus, Kair Tezekbayevin idarə etdiyi “Mitsubishi” markalı maşın Lerik rayon sakini, Nahid Cabbarovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, “Mitsubishi”ni idarə edən idarə edən Kair Tezekbayev Qazaxıstanın Azərbaycandakı hərbi attaşesidir.